İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin başlamasına 20 gün qalır

Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi olan Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək. AZƏRTAC xəbər verir ki, yarışa hazırlığın plana uyğun olaraq davam etdiyini bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai tikinti işlərinin sürətlə həyata keçirildiyini diqqətə çatdırıb.