CƏMİYYƏT


FHN əməkdaşları telekörpü vasitəsilə beynəlxaq konfransın işində iştirak ediblər

Aprelin 10-da Ukrayna Milli Mülki Mühafizə Universitetinin təşkilatçılığı ilə Xarkov şəhərində “Fövqəladə halların təminatının problem və perspektivləri” mövzusunda gənc alimlərin beynəlxalq konfransı keçirilib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev, nazirliyin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinini təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, konfransın Təşkilat komitəsinin üzvü mayor Xanım Sofiyeva, eləcə də Akademiyanın mütəxəssisləri telekörpü vasitəsilə konfransa qoşulublar.