MƏDƏNİYYƏT


Vyanada Nəsiminin 650 illik yubileyi münasibətilə muğam axşamı keçirilib

AZƏRTAC xəbər verir ki, muğam axşamını giriş sözü ilə Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova açıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını əsas götürən Mədəniyyət Mərkəzi şairin yaradıcılığına müraciət edib.