Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada traktor Samur-Abşeron kanalına aşıb

12.04.2019 [15:03]

Xəbərin mətni
Aprelin 12-də Qubada “Belarus” markalı traktor su kanalına aşıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisində baş verib. Xaçmaz istiqamətində hərəkətdə olan traktorun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini Samur-Abşeron kanalına aşırıb.