CƏMİYYƏT


Şamaxıda operativ müşavirə keçirilib

Fevralın 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar aprelin 12-də Şamaxıda operativ müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev iştirak ediblər.