İDMAN


Avropa Gənclərinin Yay Olimpiya Festivalına 100 gün qalmış məşəl Romadan Azərbaycana ötürülüb

Aprelin 12-də İtaliyanın paytaxtı Romada, IX əsrdə dostluq və qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində bu il iyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının məşəlinin yandırılması və Azərbaycana ötürülməsi, eyni zamanda, oyunların simvolu olan kiçik “zeytun ağacı”nın Azərbaycana təqdim edilməsi mərasimləri keçirilib.