Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağcabədili bacılar sağlamlıq imkanları məhdud uşaqlara rəsm çəkməyi öyrədir

16.04.2019 [12:25]

Xəbərin mətni

Dilbər və Şəbnəm İbadova bacıları Ağcabədi rayonunun Hüsülü kəndində yaşayırlar. Hazırda Şəbnəm İbadova Ağcabədi İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində uşaq inkişafı mütəxəssisi işləyir. Şəki Dövlət Regional Kollecində musiqi nəzəriyyəsi ixtisası üzrə təhsil alan bacısı Dilbər İbadova da tətil günlərində İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində könüllü olaraq çalışır. Mərkəzdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara rəsm çəkməyi öyrədən bacılar, həm də onların intellektual, fiziki və psixoloji inkişafına dəstək olurlar.