RƏSMİ


Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Bağdad Amreyevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi vəzifəsinə təsdiq olunması münasibətilə bir daha təbrik edərək, onun təşkilata üzv olan qardaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.