Azərbaycan Dövlət İnformasiya Agentliyi

Los-Ancelesdə keçirilən kitab festivalında Azərbaycan da təmsil olunub

16.04.2019 [14:09]

Xəbərin mətni

ABŞ-ın Cənubi Kaliforniya Universitetində (USC) nüfuzlu “Los Angeles Times” qəzeti tərəfindən keçirilən kitab festivalında Azərbaycan geniş təmsil olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, 150 mindən çox ziyarətçisi olan bu festival ABŞ-da ən böyük kitab festivalıdır.