Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uzunömürlülər diyarı olan Lerik REPORTAJ

16.04.2019 [15:12]

Xəbərin mətni

Səfalı təbiəti, əsrarəngiz mənzərələri, təbii nemətləri ilə tanınan Lerikə səfər edənlər bu yerlərdən xoş təəssüratlarla ayrılırlar. İnsan bu yerlərdə özlərini daha gümrah və sağlam hiss edirlər. Elə bunun nəticəsidir ki, rayonda uzunömürlülərin sayı da çoxdur. Ucqar dağ rayonu olan Lerikdə sağlam, uzun ömür sürməyin təməli hələ uşaq dünyaya gələn dövrdən qoyulur.