MƏDƏNİYYƏT


Xaçmazda Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib

Görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə özünəməxsus dəstxəti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirərək, mədəniyyət tariximizdə dərin iz qoyub. Nadir istedada malik rejissorun lentə aldığı “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir.