Lənkəranda zəncirvarı yol qəzasında dörd nəfər yaralanıb
16.04.2019 [16:43]
Xəbərin mətni
Aprelin 16-da Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində baş verən zəncirvarı yol qəzasında dörd nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolda bir istiqamətdə hərəkətdə olan üç yedəkli motosiklet toqquşub. Qarşıdan gələn Qumru Həsənovun idarə etdiyi “Vaz 2107” markalı avtomobil də zəncirvari qəzaya uğrayıb.