Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Barselona” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb

17.04.2019 [18:51]

Xəbərin mətni

Aprelin 16-da Kataloniya klubu doğma meydanda “Mançester Yunayted”i 3:0 hesab ilə məğlub edib. Ernesto Valverdenin yetirmələri bununla da Avropa qitəsinin ən nüfuzlu klub turnirində doğma meydanda məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıblar. Bu isə UEFA Çempionlar Liqasında rekord göstəricidir.