MƏDƏNİYYƏT


Kəlağayı xanımlarımızın ən sevimli aksessuarına çevrilib

Gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olan kəlağayı həm də Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Keçmişdə qadınların ən sevimli baş örtüyü olan bir-birindən rəngarəng, müxtəlif naxışlı kəlağayılar bu gün yenidən xanımlarımızın sevimli aksessuarına çevrilib. “Kəlağayım” brendinin təsisçisi Həyat Xəlilovanın sözlərinə görə, bu gün həm turistlər, həm də yerli əhali Şəki şəhəri və Basqal qəsəbələrində təbii ipək və rənglərdən hazırlanmış ipək kəlağayılara böyük maraq göstərir.