Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

II "AGF Junior Trophy" turnirində fərdi gimnastların çoxnövçülük üzrə mübarizəsi davam edir

20.04.2019 [18:16]

Xəbərin mətni

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində çoxnövçülük üzrə fərdi gimnastların mübarizəsi davam edir.

AZƏRTAC xəbər verir ki, "C" qrupunda yarışan gimnastlarımız Arzu Cəlilova və Nərminə Səmədova ilk çıxışlarını başa vurublar. Arzu Cəlilova gürzlərlə hərəkətlərdə 17,050, Nərminə Səmədova lentlə mübarizədə 18,600 xal toplayıblar.