MƏDƏNİYYƏT


"Əcdadların izi ilə" ekspedisiyası yenidən Azərbaycana gəlib

Qazaxıstanlı alimlər Azərbaycanda qıpçaq və hun xalqlarının izlərini araşdırırlar. Sapar İskakovun rəhbərlik etdiyi ekspedisiya Gürcüstanın azərbaycanlıların yaşadığı Borçalı mahalından sonra Qazax rayonunda və Gəncədə olublar. Qazaxıstanın xalq qəhrəmanı, ordu generalı Sadaqat Nurmaqambetovun adını daşıyan beynəlxalq ictimai-xeyriyyə fondunun təşkil etdiyi ekspedisiya 2 ildir ki, araşdırma ilə məşğuldur. Araşdırmanın sonunda isə Qazaxıstan televiziyası tərəfindən qədim qıpçaq, türk və hun tarixindən bəhs edən sənədli film də hazırlanacaq.