MƏDƏNİYYƏT


Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb

Aprelin 23-də “Pullman Baku” hotelində 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.