İçərişəhər DTMQİ: Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan fotogörüntülər həqiqətə tamamilə ziddir
25.04.2019 [15:06]
Xəbərin mətni
Dünən sosial şəbəkələrdə İçərişəhərlə bağlı paylaşılan fotogörüntülər həqiqətlə tamamilə ziddiyyət təşkil edən qərəzli addımların bir nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) açıqlamasında yer alıb. Açıqlamada deyilir: “İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib.