MƏDƏNİYYƏT


Azərbaycan “Pekin Ekspo 2019” Botanika Sərgisində milli pavilyonla təmsil olunur

Aprelin 29-da Çin Xalq Respublikasının paytaxtı Pekində “Pekin Ekspo 2019” Botanika Sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milli pavilyonla təmsil olunur. “Pekin Ekspo 2019” “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda təşkil edilib. Sərgi 503 hektar ərazini əhatə edir. Oktyabrın 7-dək davam edəcək sərgidə 16 milyon ziyarətçinin olacağı gözlənilir.