MƏDƏNİYYƏT
Bakıda Rusiyanın tanınmış müğənnisi Aleksandr Serovun konserti olub
30.04.2019 [12:01]
Xəbərin mətni
Aprelin 29-da Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq artisti Aleksandr Serovun solo konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə müğənninin həm populyar hitləri, həm də yeni kompozisiyaları səslənib. Bundan başqa, Aleksandr Serov Müslüm Maqomayev, Tom Cons və digər dünyaşöhrətli müğənnilərin repertuarından mahnıları ifa edib.