MƏDƏNİYYƏT


“Eurovision 2019” mahnı müsabiqəsində təmsilçimizin beş bek-vokalçısı olacaq

Səhnəyə yad sayılmayan bu şəxslər olduqca peşəkardırlar. Belə ki, Pernille Leeloo bu il Danimarkanın milli seçimləri olan “Dansk Melodi Grand Prix”ə qatılıb. Digər bek-vokalçı Sara Linnea 2012-ci ildə "Melodifestivalen" finalına qədər yüksəlib. Peter Simpson isə “Eurovision 2018”də Avstriya təmsilçisi ilə birgə çalışıb. İfaçı və bəstəkarlar Patrik Jean və Cedrik Hammar "Truth"a həyat verməyə və onu insanlarla bölüşməyə kömək edəcəklər.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da "Eurovision 2019" mahnı müsabiqəsinin ikinci yarımfinalında 18-ci nömrə altında səhnəyə çıxacaq.