Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının paytaxt mərhələsinə yekun vurulub

02.05.2019 [16:41]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilib və bununla da zona birinciliklərinə yekun vurulub. Birincilikdə Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhərinin, Abşeron rayonunun da məktəbliləri qüvvələrini sınayıb. Birincilikdə 17 məktəbin komandası iştirak edib.