MƏDƏNİYYƏT


Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə mayın 2-də Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan konsertdə xalq mahnıları, muğam ifaları və rəqslər təqdim edilib. Tanınmış müğənnilərlə yanaşı, gənc ifaçılar da tamaşaçılar qarşısında çıxış ediblər.