CƏMİYYƏT


Bağ evlərindən silsilə oğurluqlar edən mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıblar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində dəstənin üzvləri - paytaxt sakinləri Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhməd oğlu tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstənin başçısı “Qaqaş” ləqəbli Valeh Əsədullayevdir. O, həmin şəxsləri ətrafına toplayaraq müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarındakı bağ evlərindən oğurluq hadisələri törədib.