MƏDƏNİYYƏT


Dənizkənarı Milli Parkda “Organic Food Festival” təşkil ediləcək

Ölkəmizdə ilk dəfə, iyunun 21-dən 23-dək Dənizkənarı Milli Parkda “Organic Food Festival” təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu, "Made in Azerbaijan" brendinin təşviqinə xidmət etməklə yanaşı, ölkəmizdə satışı həyata keçirilən ekoloji sağlam beynəlxalq qida, içki markalarının mövcud və potensial istehlakçı auditoriyası ilə birbaşa əlaqə quracağı, açıq havada təşkil edilən əyləncəli festivaldır.