Azərbaycan və Monteneqro hökumətləri arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
03.05.2019 [19:51]
Xəbərin mətni
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 3-də Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun fəaliyyəti, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.