MƏDƏNİYYƏT


Şüşə üzərində təkrarolunmaz əl işləri

Əminə Məmmədova əsasən şüşə məhsulları üzərində xüsusi boyalarla çəkilmiş əl işləri, həmçinin müxtəlif dekorativ suvenirlər hazırlayır. O, hazırladığı məhsulların üzərində daha çox milli xalça naxışlarımızı, buta və narı əks etdirməyə üstünlük verir. Sifariş əsasında satılan bu məhsulların satış bazarını genişləndirmək istəyən Əminə “ABAD” publik hüquqi şəxsə müraciət edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır