Yeni Azərbaycan Partiyası "Heydər Əliyev irsi və sosial siyasət" mövzusunda tədbir təşkil edib
06.05.2019 [18:06]
Xəbərin mətni
Mayın 6-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Heydər Əliyev irsi və sosial siyasət" mövzusunda tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.
Azərbaycanın Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı üçün gördüyü işlərdən danışıb.