Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCO-da Azərbaycanın Qoşulmama Hərəkatına gələcək sədrliyi çərçivəsində caz konserti təşkil olunub

08.05.2019 [11:12]

Xəbərin mətni

Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “Caz sülhün xidmətində” adlı konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin cari ilin oktyabrından Qoşulmama Hərəkatında başlanacaq sədrliyi çərçivəsində təşkil edilmiş konsert Multilateralizm və Diplomatiya sülhün xidmətində və Beynəlxalq Caz Günlərinə həsr edilib.