Metroda “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi
09.05.2019 [14:46]
9 May - faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi “Baki Metropoliteni” QSC tərəfindən “Bakcell”in dəstəyilə “Gənclik” stansiyasının keçidlərində təşkil edilib. Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş canlı əfsanələr - azərbaycanlı veteranların fotolarından ibarət tablolar nümayiş olunur. Bununla yanaşı, Böyük Vətən müharibəsində Azərbaycanın rolu barədə maraqlı, diqqətçəkən məlumatların verildiyi stendlər də sərgilənir.