Xaçmazda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə başlanılıb
09.05.2019 [18:42]
Xəbərin mətni
Xaçmazda 3 min nəfərdən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 11 kilometr uzunluğundakı yolun yenidən qurulması Çinartala, Manafoba, Ağaşirinoba və Qıraqlı kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişini rahatlaşdıracaq.