RƏSMİ


Prezident İlham Əliyev Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür. 

AZƏRTAC xəbər verir ki, xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.