Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beyləqanın Xaçınabad kəndinə təbii qaz verilib

10.05.2019 [19:03]

Xəbərin mətni

Mayın 10-da Beyləqan rayonunun Xaçınabad kəndinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Tədbirdə çıxış edənlər sakinləri kəndin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Beyləqan rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI