ABŞ-da Ulu Öndərin 96-cı ildönümü qeyd edilib
11.05.2019 [11:44]
Xəbərin mətni
Azərbaycanın ABŞ-dakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər. Mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb.