Madriddə ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş anım mərasimi
11.05.2019 [13:39]
Xəbərin mətni
Mayın 10-da Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.