Azərbaycan Dövlət İnformasiya Agentliyi

Riqada “Heydər Əliyev irsi və Azərbaycanda multikulturalizm siyasəti” mövzusunda konfrans keçirilib

11.05.2019 [16:24]

Xəbərin mətni

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Azərbaycanın Latviyadakı səfirliyində “Heydər Əliyev irsi və Azərbaycanda multikulturalizm siyasəti” mövzusunda konfrans keçirilib. Konfransda ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən siyasət, elm və mədəniyyət xadimləri, media nümayəndələri və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.