Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çingizin Eurovision səhnəsində ikinci məşqi - Robotlar, ürək, siluet

11.05.2019 [20:53]

Azərbaycan təmsilçisi Çingiz Mustafayev Tel-Əvivdə Eurovision-2019 mahnı yarışmasında ikinci məşq çıxışını edib. Səhnənin dekorasiyası əsasən lazer işıqları və şousu ilə diqqət cəlb edir. O, məşqdə sonuncu çıxış edib. Mayın 16-da Tel-Əviv Expo Mərkəzində keçiriləcək birinci yarımfinalda da Çingiz hamıdan sonra səhnəyə çıxacaq. O, müsabiqədə "Truth" mahnısı ilə təmsil olunur.