İQTİSADİYYAT


Xocəsən-Lökbatan yolu yenidən qurulur

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yolların yenidən qurulması işləri çərçivəsində Xocəsən-Lökbatan yolunun 12 kilometrlik hissəsinin bərpası işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Xocəsən-Lökbatan avtomobil yolu I texniki dərəcəli olmaqla 4 hərəkət zolaqlıdır, yolun hərəkət hissəsinin eni isə 16 metr təşkil edir.