MƏDƏNİYYƏT


Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib

Mayın 13-da Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib. Tədbirdə 275 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin ifasında yazıçının “Əsmərin sehrli zənbili”, “Lovğa tülkü”, “Paxıl toyuq” nağılları əsasında hazırlanmış nağıl-tamaşalar təqdim olunub. Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirin keçirilməsində əsas məqsədin uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaq olduğunu qeyd edib. Uşaq yazıçısı Mehriban Nağıyeva oxuculara öz yaradıcılığı haqqında geniş məlumat verib.