CƏMİYYƏT


Fermerlər: Xaçmazda havaların sərin keçməsi çiyələk yığımını gecikdirir

Respublikamızın əsas tərəvəzçilik rayonlarından sayılan Xaçmazda may ayının ikinci ongünlüyündən başlayaraq mövsümün ilk məhsulu sayılan çiyələyin yığımına başlanılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçılar əsasən çiyələyin Avropadan gətirilən növlərini becərməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi həmin növ çiyələklərin həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır