Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa azərbaycanlıları Brüsseldə Azərbaycan Prezidentinə dəstək aksiyası keçiriblər

14.05.2019 [13:42]

Xəbərin mətni

Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşılanması və ona dəstək aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir.

Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.