MƏDƏNİYYƏT


Bu axşam “Eurovision 2019”un ilk yarımfinalı olacaq

Bu axşam “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalı keçiriləcək. İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutacaq ilk yarımfinalda 17 ölkə çıxış edəcək. Təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq. Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.