İQTİSADİYYAT


Bakıda 400-dən çox şirkəti bir araya gətirən sərgi işə başlayır

Mayın 15-17-də Bakı Ekspo Mərkəzində bu ilin 4 ixtisaslaşmış sərgisini özündə birləşdirən ən genişmiqyaslı tədbir keçiriləcək. 

25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi - “Ipack Caspian” və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi - “HOREX Caucasus” 32 ölkəni təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirəcək.