MƏDƏNİYYƏT
Azərbaycanlılar Vyanada Mədəniyyət Mərkəzinin ildönümünə toplaşdılar
15.05.2019 [11:21]
Xəbərin mətni
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində bu mərkəzin təsis edilməsinin altıncı ildönümü münasibətilə konsert keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova 2013-cü ildə təsis edilmiş bu qurumun fəaliyyət yoluna nəzər salıb, onun Azərbaycan mədəniyyətinin Avstriyada təqdimatında və iki ölkə arasında mədəni əlaqələrin inkişafında oynadığı roldan bəhs edib.