MƏDƏNİYYƏT


"Pekin Ekspo 2019" Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışı olub

Mayın 14-də Çin Xalq Respublikasının paytaxtında "Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. "Təbiəti qoruyaq, daha yaxşı yaşayaq" mövzusunda keçirilən botanika sərgisində Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə hazırlanıb.