SİYASƏT


Pekində Leyla Əliyevanın Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri ilə görüşü olub

Mayın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Li Syaolin ötən il Azərbaycana səfərini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşlərini məmnunluqla xatırlayıb.

Xanım Li Syaolin rəhbərlik etdiyi təşkilatın Azərbaycan ilə əlaqələrindən danışaraq, bu işdə Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığın xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verdiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır