MƏDƏNİYYƏT


Kiyevdə Mehdi Hüseynzadəyə həsr olunan kitab təqdim olunub

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin qəhrəmanın yubileyi münasibətilə ərsəyə gətirdiyi Sloveniya yazıçısı Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının Azərbaycan dilinə tərcümə olunan variantının təqdimatında xarici ölkələrin səfirlikləri, yazıçılar, tələbələr, müəllim və professor heyəti iştirak edib.