MƏDƏNİYYƏT


Siyəzəndə çox kitab oxuyanlara pul mükafatı

Mayın 15-də Siyəzəndə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar təşkil olunan “Oxu bayramı”nda rayondakı kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə çərçivəsində 5 fəal oxucu pul mükafatı qazanıb. Bundan əlavə, 4 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub. Oxucu tərəfindən oxunmuş kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalıq səviyyəsi müsabiqənin əsas qiymətləndirmə meyarı sayılıb.