Azərbaycan Dövlət İnformasiya Agentliyi

Firmin Eduard Matoko: Azərbaycanla əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq

16.05.2019 [13:41]

Xəbərin mətni

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbərinə, eləcə də Azərbaycana təşkilatımız ilə yüksək səviyyəli əməkdaşlığa görə təşəkkür edirəm. Ölkənizin təşkilatımız ilə xüsusi proqramları var. Azərbaycan yüksək dairələrinin nümayəndələrini UNESCO-da qəbul etmişik. 

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESCO-nun mənzil-qərargahında keçirilən “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” Beynəlxalq Forumunda iştirak edən UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko söyləyib.