MƏDƏNİYYƏT


Çinin CCTV-4 telekanalı Azərbaycanla bağlı çoxseriyalı film çəkib

Hər seriyası 40 dəqiqə olan səkkiz hissəli film “Bir kəmər, bir yol” layihəsi çərçivəsində təqdim olunub.

Azərbaycanın bir sıra şəhərlərində çəkilişlər edən telekanal ölkənin iqtisadiyyatı, tarixi, mədəniyyəti, turizmi haqqında geniş məlumat verib. Müəlliflər bildirirlər ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib. 1992-ci ildə Çin  ilə diplomatik əlaqələr qurub.

Filmdə qeyd olunur ki, qədim sivilizasiyalar arasında yerləşən Azərbaycan Böyük İpək Yolu ticarətində Şərqlə Qərb arasında əsas körpü rolu oynayıb. Televiziya filmində deyilir ki, qədim İpək Yolunun izləri Bakının hər bir küncündə hələ də sezilir. Qobustan, Atəşgah, Yanardağ və digər tarixi abidələr, palçıq vulkanları, Azərbaycan nefti barədə də filmdə maraqlı faktlar yer alıb.